Sui-qəsd iddialarından sonra diqqət çəkən prezident Ərdoğan AK Partiya Qrup Toplantısında açıqlama verib. Ərdoğan çıxışında “FETÖ-yə borcunu ödəmək üçün Yenikapı Ruhunu sarsıtmaq istəyənlər boş dayanmırlar. Biz kuklanın və tamaşanın kimin yazdığını çox yaxşı bilirik. Nə qədər çirkin olsa da , biz o tələyə düşməyəcəyik”- deyib.
Bundan əvvəl Türkiyə mediası Ərdoğanın mümkün çevriliş cəhdi ilə bağlı xəbərdarlıqla əlaqədar gecə saatlarında ədliyyə naziri və kəşfiyyat rəhbərləri ilə fövqəladə toplantı keçirdiyini yazıb . Milliyyətçi Hərəkat Partiyasının lideri və Ərdoğanın müttəfiqi Dövlət Baxçalı çevrilişlə bağlı xəbərdarlıq edib.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hakimiyyətə və insanlara qarşı işləyən strukturları müəyyən etməyə hazırlaşdığını bildirib. O, yaxın vaxtlarda araşdırmanın nəticələrini bölüşəcəyinə söz verib. (Nevs.ru)