Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsrail rəhbərliyinin “Qəzzadakı cinayətlərə” görə cəzalandırılması üçün əlindən gələni edəcək. O, bunu Almaniyadan qayıdan təyyarəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.
Dövlət Anadolu Agentliyi onun sözlərini gətirib: “Bu təqsirkarların cəzalandırılmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik. Heç kim İsrailin cinayətlərinə məhəl qoymasa belə, bunu edəcəyik” . (Tass)