Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə rəsmilərinin İsrailə planlaşdırılan bütün səfərlərini, o cümlədən bu ölkəyə dövlət səfərini ləğv etdiyini açıqlayıb.
“Həyatımda bir dəfə [İsrailin baş naziri Benyamin] Netanyahu ilə Amerikadakı Türk Evində əl sıxdım. O, bizim xoş niyyətimizdən sui-istifadə etdi. İsrailə səfərimiz olacaqdı, onu ləğv etdik. Onlar bizim xoş niyyətimizdən sui-istifadə etdilər”, – deyə Türkiyə lideri parlamentdə çıxışı zamanı bildirib. (Tass)