Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili Türkiyə ərazisində HƏMAS üzvlərini öldürməyə cəhd etməmək barədə xəbərdarlıq edərək, ciddi nəticələr vəd edib. O, bu barədə Qətərdən qayıdarkən təyyarənin göyərtəsində türk jurnalistlərə bildirib.
“Onlar bilməlidirlər ki, belə bir səhvə yol versələr, bunun əvəzini çox yüksək ödəyəcəklər. İndi Qəzzanı mühasirəyə almaq üçün addımlar atanlar bir həftə ərzində nəticə əldə edəcəklərini düşünürdülər. Nə oldu, aldılarmı? Xeyr.”Türkiyəyə qarşı belə bir addım atmağa cəsarət etsələr, bunun əvəzini bir daha özlərinə gələ bilməyəcək şəkildə ödəməyə məhkum olacaqlar. Bunu etməyə cəhd edənlər unutmamalıdırlar ki, Bunun nəticələri çox ciddi ola bilər”, – Türkiyə lideri İsrail kəşfiyyat xidmətlərinin digər ölkələrdə, o cümlədən Türkiyədə radikal Fələstin HƏMAS hərəkatının üzvlərini öldürməyə hazır olması ilə bağlı iddiaları şərh edərkən belə cavab verib. (Tass)