Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefonla İsrail-Fələstin münaqişəsini müzakirə edərək, münaqişənin tezliklə həll olunmasının vacibliyini bəyan edib. Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
“Danışıqlar zamanı İsrail-Fələstin münaqişəsi, bölgədə artan gərginlik və bu istiqamətdə atılması lazım olan addımlar müzakirə edilib. Prezident Ərdoğan münaqişənin tezliklə dayandırılmasının tərəfdarı olduğunu bildirib və bunun vacib olduğunu qeyd edib”- mesajda deyilir. (Tass)