Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, Mark Rutteni NATO-nun baş katibi vəzifəsinə təsdiqlənməsi münasibətilə təbrik edib və iyulun əvvəlində onunla Vaşinqtonda görüşmək niyyətindədir. Bu barədə o, parlamentdə yerli jurnalistlərə bildirib.
“NATO-nun yeni baş katibini vəzifəyə təyin olunması münasibətilə təbrik etdim, onunla Vaşinqtonda görüşəcəyik, daha sonra o, ölkəmizə səfər edəcək”, – deyə NTV telekanalı Ərdoğandan sitat gətirib . İyulun 9-11-də Vaşinqtonda NATO sammiti keçiriləcək.
Türkiyə liderinin ofisi bildirib ki, Ərdoğan daha əvvəl Rutte ilə telefon danışığı aparıb. “Söhbət əsnasında prezident Ərdoğan Rutteyə yeni vəzifəsində uğurlar arzulayıb. (Tass)