Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Habertürk telekanalında məlumat verib.
“Yaxın günlərdə bizim prezidentimizlə Putinin Qazaxıstanda görüşü mümkündür”, – o deyib.
Daha əvvəl Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib ki, Moskva Putin və Ərdoğanın iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüş keçirə biləcəklərinə ümid edir. (Tass)