Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2 milyarddan çox insanı olan İslam dünyasının maraqlarını nəzərə alan yeni dünya düzəninin yaradılmasının zəruriliyini bəyan edib.
Ərdoğan Malayziyanın paytaxtı Kuala Lumpurda BMT haqqında danışarkən, “Ədalətin olmadığı yerdə sülh, əmin-amanlıq və bəşəriyyətin inkişafı ola bilməz. 2 milyarddan çox əhalisi olan İslam dünyasının təmsil olunmadığı ədalətli sistem ola bilməz” deyib.
“İqtisadiyyat, diplomatiya, ticarət, təhlükəsizlik problemlərini həll etmək üçün yeni anlayışa və yeni dünya nizamına ehtiyacımız var. Ədalətli, əməkdaşlıq və etimada əsaslanan sistemin qurulması üstünlük deyil, zərurətdir”, – Türkiyə lideri qeyd edib. Onun açıqlamaları TRT Haber telekanalına istinadən xəbər verir. (Tass)