Çərşənbə günü ticarətin avtomatik bağlanması sisteminin işə salınması ilə əlaqədar İstanbul Birjasının işi bir müddət dayandırılıb. Sözcü telekanalı xəbər verir ki, bu, BIST100 əsas birja indeksi 5% ucuzlaşdıqdan sonra baş verib.
Ekspertlər mübadilənin dayandırılmasını Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın həmin gün parlamentdə İsrail əleyhinə səsləndirdiyi sərt bəyanatlarla əlaqələndirirlər. O, həmçinin Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ilə əlaqədar Türkiyə rəsmilərinin İsrailə planlaşdırılan bütün səfərlərinin ləğv edildiyini açıqlayıb.
Telekanal qeyd edir ki, “panik əməliyyatlar” səbəbindən investor itkilərini minimuma endirmək üçün birjada avtomatik bağlanma sistemi işə salınır, o cümlədən BIST100 indeksi kəskin şəkildə 5-7% azaldıqda. (Tass)