Crocus City Halldakı terror aktı xarici kəşfiyyatın dəstəyi olmadan həyata keçirilə bilməzdi. Bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyədəki rəsmi nümayəndəsi Ömər Çelik məlumat verib.
“Biz bu faciəli hadisə ilə bağlı Rusiya xalqına başsağlığı veririk.<…> Aydındır ki, heç bir dövlətin kəşfiyyatının dəstəyi olmadan belə peşəkar aksiyanın həyata keçirilməsi qeyri-mümkündür. Müharibəni [Ukraynadakı münaqişəni] davam etdirmək istəyən lobbilər var”, – Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi partiyanın NTV telekanalında təmsilçisi bildirib .
O əlavə edib ki, Türkiyə və Rusiya kəşfiyyat xidmətləri terrorla mübarizə ilə bağlı məsələlərdə əməkdaşlıq edir.
Martın 23-də Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında terror aktı ilə bağlı başsağlığı verib və Ankaranın bütün istiqamətlərdə terrorizmlə mübarizədə Moskva ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
(Tass)