Ermənistan digər regional əməkdaşlıq formatlarına qarşı çıxmadan Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirmək istəyir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında deyib.
“Münasibətlərimizin ümumi dəyərlər sisteminə əsaslandığını vurğulamaq vacibdir. Biz Avropa İttifaqı ilə münasibətlərimizi dərinləşdirmək istəyirik və bunu heç bir şəkildə regional münasibətlərimizlə ziddiyyət təşkil etməsini istəmirik”, – o deyib.
Onun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağdan olan qaçqınların humanitar problemlərinin həlli üçün Aİ-nin dəstəyini gözləyir. (Tass)