Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından ölkəyə yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib. BELTA-nın müxbiri xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.
Tasmaqambetov, ” Ermənistan tərəfi qərara marağını itirməyə başlayıb. Onlar hətta məsələnin KTMT gündəliyindən çıxarılmasını istəyirdilər” deyib.
Lukaşenko Ermənistan-Azərbaycan münaqişəsinin də bitdiyini bəyan edərək, “Gələcək haqqında düşünməyin vaxtıdır. Müsbət proses müşahidə olunur. Təkcə həmin regionda deyil, ümumilikdə keçmiş sovet məkanında” deyə vurğulayıb.
Xatırladaq ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlamışdı. (TRT Haber)