Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarının dəvəti ilə Fransaya işgüzar səfərə gedib. Bu barədə Ermənistan hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Fransa Silahlı Qüvvələr naziri Sebastyan Lekornunun dəvəti ilə Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan oktyabrın 22-də Fransa Respublikasına işgüzar səfərə gedib”, – məlumatda deyilir.
Oktyabrın əvvəlində Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvana səfəri zamanı Fransanın Ermənistanla hərbi yardım haqqında saziş imzalamağa hazır olduğunu bəyan edib. Öz növbəsində Ermənistan prezidenti Vaaqn Xaçaturyan təsdiqləyib ki, İrəvan Parislə Ermənistanın müdafiə qabiliyyətini artırmaq üçün ona yardım məsələsini müzakirə edir. (Tass)