Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Cənubi Avropa və Avrasiya məsələləri üzrə müavini Coşua Haki qəbul edib və onunla regiondakı vəziyyəti müzakirə edib. Bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində ABŞ-ın səylərini qeyd edib. Həmsöhbətlər, həmçinin ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipləri əsasında regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılması ilə bağlı məsələləri də müzakirə ediblər. Tərəflər Ermənistan və Azərbaycan arasında delimitasiya mövzusuna da toxunulub”, – mesajda deyilir.
Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparılıb. (Tass)