Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Ajapaxyan ölkədə hakimiyyəti devirməyə çağırışlarla bağlı cinayət işi üzrə saxlanılıb; müstəntiqlər onun həbsi üçün vəsatət qaldırırlar. Bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan məlumat verib.
“Biz istintaq tədbirlərində iştirak etdik. Arxiyepiskop Mikael Ajapaxyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Müstəntiq məhkəmədən arxiyepiskopu həbs etmək kimi həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatət verib”, – Zohrabyan əlavə edib ki, 2 saat ərzində arxiyepiskopun qarşısının alınması üçün tədbir görməlidir. Vəkil onu da vurğulayıb ki, arxiyepiskop Mikael günahını etiraf etmir. (Tass)