Müharibə müxbiri Aleksandr Kots hesab edir ki, Ermənistan sakinləri parlament ətrafında elə bir atmosfer yaratmalıdırlar ki, deputatlar daha baş nazir Nikol Paşinyanın impiçmentinin vacibliyinə şübhə etməsinlər. Telegram kanalında o, keçən il bu prosesi başlatmağa çalışdıqlarını, lakin “kifayət qədər səs olmadığını” xatırladıb.
Eyni zamanda, hərbi müxbir Paşinyanın “özbaşına getməyəcəyini” və “məxməri inqilab üçün hələlik potensialın olmadığını” vurğulayıb.
Jurnalist bu şəkildə “Mənim namusum var” fraksiyasının deputatı Hayk Mamijanyanın “Ermənistandan qalan hər şeyi xilas etmək” üçün Paşinyanın impiçmentini aktivləşdirməyə və istefaya çağıran bəyanatına cavab verib. (Nevs.ru)