
“Cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilib ki, Ermənistanın siyasi rəhbərliyinin “Böyük Ermənistan” ideyasının həyata keçirilməsi istiqamətində hazırda Ermənistan Respublikası adlandırılan ərazinin azərbaycanlılardan tamamilə təmizlənməsi planının həyata keçirilməsi üçün təşkil etdiyi qanunsuz silahlı birləşmələr tərəfindən 1905-1907, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə mərhələli şəkildə vahid qəsdlə hazırda “Ermənistan” adlandırılan ərazilərdə yaşayan azərbaycanlıların milli və etnik mənsubiyyətlərinə görə bütövlükdə məhv edilməsi məqsədilə onların milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən həyatdan məhrum edilib öldürülmələri, sağlamlıqlarına ağır zərər vurulması, azərbaycanlıların bütövlükdə fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaradılmaqla onlara qarşı soyqırımın törədilməsi, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan onların qanuni yerləşdiyi yerlərdən qovulması və digər məcburi hərəkətlərlə tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiya edilib, didərgin salınması, habelə beynəlxalq hüquq normaları ilə qadağan edilmiş milli, etnik, mədəni və digər əsaslara görə əsas hüquqlardan kobudcasına məhrum olunmaqla təqib edilmələri nəticəsində Zəngəzur, İrəvan, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə 1905-1907 və 1918-1920-ci illərdə çoxsaylı Azərbaycan əsilli şəxslər erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib, mülkləri yandırılaraq məhv edilməklə əmlakları talanıb, 1918-ci ilin mart ayınadək təqribən 135 000 nəfər, 1948-1953-cü illərdə təqribən 100 000 Azərbaycan əsilli şəxslər öz doğma tarixi torpaqlarından – indiki Ermənistan ərazisindən zorla köçürülməyə, təqibə və deportasiyaya məruz qoyulmuş, 1987-1991-ci illərdə 250 000-dən çox azərbaycanlı öz mülklərindən zorla qovularaq 216 azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilməklə həyatdan məhrum edilib”.1988-ci il dekabrın 11-də keçmiş SSRİ-nin birinci və sonuncu Prezidenti Mixail Qorbaçov Qərbi azərbaycanlıların zor gücü ilə qəddarcasına öz evlərindən qovulmasına sərt münasibət bildirmişdi. O, azərbaycanlıların öz evlərindən didərgin salınmasında Ermənistan rəhbərliyi və hüquq mühafizə orqanlarının iştirakını xüsusi ilə vurğulamışdı: “Yoldaşlar, mən sizə yalan danışmayacam. Mənim əlimdə bütün sənədlər var. Hadisələrlə bağlı mənə hərbi komendant məruzə edir. Bu biabırçılıqda Ermənistan rayon partiya komitələrinin katiblər, icraiyyə komitələrinin sədrləri, müəssisə rəhbərlərin və başqa orqanların başçıları iştirak edir. Yerli milisin (erməni polisi nəzərdə tutur-red.) gözü qarısında azərbaycanlıları məhv edilər. Heç kim onları müdafiə etmir. Sərhəddə (Ermənistan SSR ilə Azərbaycan SSR arasındakı ovaxtkı sərhəd nəzərdə tutur-red.) azərbaycanlıları saxlayır, bütün bəzək-zinət əşyalarını əllərindən alırlar. Qulaqlarından sırğaları, barmaqlarından üzükləri çıxarırlar. Bunlar vəhşiləşib. Bunlar banditdilər”.O, Ermənistandakı azərbaycanlı gənclərin zəhmətkeş olduğunu və cinayətkarlıqla məşğul olmadıqlarını bildirib.Mixail Qorbaçovun bu qısa çıxışı ermənilərin törətdiyi bir çox vəhşilikləri, Qərbi Azərbaycan ərazisində etnik təmizləmə apararkən çoxsaylı qətllər törətdiklərini təsdiqləyir.Erməni alimlər bu gerçəkliyi yenə görməzlikdən gələrək “qərbi azərbaycanlı” terminini qəbul etmək istəmir. Əksinə, yeni uydurma iddialar irəli sürürlər.Ermənistanın ictimai-siyasi xadimləri saxtakarlığı və yalanları ilə reallığı gizlədə bilmir. Ənənəvi olaraq yalanları saxta “kitablar”la gələcək nəsillərə ötürürlər. “Kitab” yazmağa meyilli olsalar da, ermənilər əsl kitabları oxumurlar. Belə yalanlar əsasında qondarma ideyalar hazırlayır, beləcə yalanlarla yaşayırlar. “Balıq yaddaşlı” oduqlarını təsdiqləyirlər. Ermənilər bir yandan tarixlə bağlı səhvlərini düzəldir, o biri yandan isə yeni təhriflər edirlər.Report.