Ermənistan 2024-cü ildə KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcək. Bu barədə Factor.am agentliyinə Respublika Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Ermənistan Respublikası KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına qoşulmaqdan və təşkilatın onun nəzərdə tutduğu fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcək, eyni zamanda buu qərarın məhdud formatda qəbul edilməsinə etiraz edəcək” deyib. (Tass)