Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) orqanlarının sədri olur və dekabrda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan sammitdə iştirak etməlidir. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
“[Baş nazir Nikol] Paşinyanın gəlib-gəlməyəcəyini bilmirəm, hələ qərar verilməyib, amma mənim şəxsi fikrimcə, Ermənistan bu sammitdə iştirak etməlidir, çünki biz Aİİ-yə sədrliyi özümüzə götürürük” qeyd edib. (Tass)