Ermənistan heç vaxt Azərbaycana öz ərazisində dəhliz verməyə razı olmayıb. Bunu Antalya Diplomatik Forumunda Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
“Azərbaycan “Zəngəzur dəhlizi” ifadəsini işlətməkdə davam edir. Ermənistanda Zəngəzur yoxdur. Ermənistan heç vaxt Azərbaycanın öz ərazisindəki bəzi dəhlizlərə çıxışına razı olmayıb. Biz Cənubi Qafqazın suverenlik əsasında kommunikasiyalarını açmaq istəyirik.”, – deyə o bildirib. (Tass)