Ermənistan Azərbaycanın sülh müqaviləsinin bağlanması ilə bağlı son təkliflərində müəyyən geriləmə görür. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritislə birgə mətbuat konfransında bildirib.
“Bəli, deyərdim ki, mətnin bəzi yerlərində məzmun baxımından Azərbaycan təkliflərində geriləmə, bəzilərində isə irəliləyiş var. Biz bu təkliflər üzərində çox konstruktiv işləmişik və Bakıya göndərmişik”, – o qeyd edib.
Ermənistanın xarici işlər naziri əlavə edib ki, sülh sazişinin hansı prinsiplər əsasında bağlanması vacibdir, yəni Azərbaycan Ermənistanın ərazi bütövlüyünü açıq şəkildə tanımalı, gələcək sərhədlərin delimitasiyası üçün standartlar dəqiq müəyyən edilməlidir, region ikitərəfli prinsiplər əsasında açıq olmalıdır və onların keçdiyi ölkələrin suverenliyi çərçivəsində olmalıdır. “Ermənistan Azərbaycanla danışıqların davam etdirilməsini gözləyir”. (Tass)