Sentyabrın 24-də Ermənistan Konstitusiya Məhkəməsi (KM) Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi ilə bağlı müddəalara baxacaq. Bu barədə TASS-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
“Sərhədin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının birgə işi haqqında müddəaların konstitusiyaya uyğunluğu məsələsinə sentyabrın 24-də Ermənistan Respublikasının Konstitusiya Məhkəməsində baxılacaq”, – məhkəmədən bildiriblər. (Tass)