Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında heç bir irəliləyiş yoxdur.
O, brifinqdə deyib: “Yeni heç nə yoxdur, ictimaiyyətə açıqlananlar bunlardır. Əgər yeni bir şey ortaya çıxsa, ictimaiyyətə məlumat verəcəyik”.
Martın 13-də Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb ki, Yerevan və Bakı sülh sazişinin mətnini razılaşdırıblar və danışıqlar prosesini başa çatdırıblar. İrəvan izah edib ki, sənədin imzalanma yeri və tarixi ilə bağlı Bakıdan təkliflər gözləyirlər. Bundan sonra Bakı bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan beynəlxalq danışıqlar formatının – ATƏT-in Minsk qrupunun ləğvi təşəbbüsü ilə çıxış etməli, həmçinin konstitusiyadan Dağlıq Qarabağın adı çəkilən Müstəqillik Bəyannaməsinə istinadı çıxarmalıdır. (Tass)