Ermənistan Baş prokurorunun müavini Artur Poqosyan Ermənistan İstintaq Komitəsinin (İK) rəhbəri təyin ediləcək. Baş nazir Nikol Paşinyan bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
“Bəli, Baş prokurorun müavini Artur Poqosyan İstintaq Komitəsinin rəhbəri təyin olunacaq”, o qeyd edib.
Bazar günü axşam saatlarında məlum olub ki, baş nazir Nikol Paşinyan bir neçə nazir və departament rəhbərlərini, o cümlədən İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyanı istefaya göndərmək qərarına gəlib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan istefa veriblər. Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan da istefa verdiyini açıqlayıb. Hakim Mülki Müqavilə partiyası səs-küylü istefaları zəruri sistemli qərarlar adlandırıb. (Tass)