İrəvan Parislə müdafiə silahları əldə etmək imkanını müzakirə edir. Bu barədə parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının rəhbəri Andranik Köçəryan brifinqdə bildirib.
“Bəli, onlar [silahlar] müdafiə xarakteri daşıyır, çünki heç kim heç kimə hücum silahı verməyəcək, onlar başqa hərbi konsepsiyanı nəzərdə tutur. Bizim hərbi konsepsiyamız ilk növbədə müdafiə xarakterini gücləndirməyi nəzərdə tutur”, – o jurnalistin Ermənistan və Fransa arasında silahla bağlı danışıqlar prossesi haqqında sualını cavablandırarkən deyib. (Tass)