Ermənistan Aİİ və KTMT-dən çıxmaq imkanlarını nəzərdən keçirmir. Bu barədə parlamentin xarici əlaqələr daimi komissiyasının rəhbəri, baş nazir Nikol Paşinyanın müttəfiqi Sarqis Xandanyan brifinqdə bildirib.
“Hazırda bu məsələni müzakirə etmirik”, o, jurnalistin müvafiq sualını cavablandırıb.
Ermənistan hakimiyyəti dəfələrlə ölkənin KTMT-dən çıxmaq niyyətində olmadığını vurğulayıb. Bununla belə, bəzi rəsmilər, o cümlədən Paşinyan “KTMT Ermənistanı tərk edir” deyib. (Tass)