Ermənistan hökuməti diplomatik münasibətlərin qurulmasından sonra ilk dəfə olaraq Böyük Britaniyaya hərbi attaşe təyin etmək qərarına gəlib. Müvafiq qərar hökumətin iclasında qəbul edilib.
“Ermənistan Respublikasının Böyük Britaniyada hərbi attaşesinin olması zərurəti iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olması və Böyük Britaniyanın son vaxtlar əməkdaşlığın dərinləşməsinə göstərdiyi böyük maraqla bağlıdır. ” deyə hökumətin qərarında deyilir.
Ermənistan hakimiyyəti dəfələrlə bəyan edib ki, ölkənin təhlükəsizlik potensialını artırmaq üçün digər, xüsusilə də Qərb dövlətləri ilə münasibətləri şaxələndirirlər.
(Tass)