Avqust 25, 2025-10:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ermənistan konstitusiyasına dəyişiklikdən sonra sülh sazişinin imzalanmasına maneə qalmayacaq – RƏY

2025:08:13 - 17:25
in SİYASƏT
A A

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh sazişinin imzalanamasına heç bir maneə qalmayacaq.

Bunu “Report”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Vaşinqton səfəri və orada əldə olunan nəticələr bir çox istiqamətlərdə dəyərləndirilə bilər. Bunlardan birincisi regiona müdaxilə cəhdlərinin sıradan çıxarılmasıdır:

“Vətən müharibəsindən sonra Bayden-Blinken administrasiyası, Avropada Fransanın rəhbərlik etdiyi ermənipərəst koalisiya və erməni diasporunun lobbisinin təsirində olan təşkilat və qurumlar Azərbaycana hücum üzərində fokuslanmışdılar. Məqsədləri savaşda qalib gələn Azərbaycanı danışıqlar masasında məğlub etmək idi. Sülh sazişinin Ermənistan maraqları üzərində imzalanmasına çalışırdılar. Lakin Vaşinqtondakı razılaşmalar göstərdi ki, saziş rəsmi Bakının diqtə etdiyi tələblər fonunda qəbul olundu. Minsk qrupunun fəaliyyətinin dayandırılmasına dair birgə sənəd imzalandı, Zəngəzur dəhlizi məsələsi Azərbaycanın istəklərinə uyğun həllini tapdı”.

 Asif Nərimanlı

Asif Nərimanlı

O vurğulayıb ki, Azərbaycan üçün əsas məqsəd Naxçıvana maneəsiz quru dəhlizin təmin olunması idi:

“Əvvəllər ən böyük problem bu dəhlizin təhlükəsizliyinin kim tərəfindən qorunacağı idi. Bu mövzu Qərb və Rusiya arasında da ciddi mübarizə predmeti idi. Ermənistan nəzarəti ABŞ-yə verdi. Azərbaycan üçün əsas məqam dəhlizin təhlükəsizliyini kimin təmin etməsindən çox, onun yaradılması və Naxçıvana maneəsiz keçidin əldə olunması idi ki, bu hədəfə nail olundu. Bu baxımdan anti-Azərbaycan qüvvələrinin regiona müdaxilə və Bakı üzərində təzyiq imkanları sıradan çıxıb. Məsələ artıq həll olunmuş səviyyəyə çatıb. Yekun sülh sazişinin imzalanması üçün bir məsələ qalıb – Ermənistan Konstitusiyasının yenilənməsi”.

Əvvəlki Yazı

Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi

Növbəti Yazı

Talassemiyanın müalicəsi mümkündürmü?

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.