Ermənistan konstitusiyasındakı ərazi iddiasını dəyişməsə Azərbaycan onunla sülh bağlamayacaq.
Ritorika.az xəbər verir ki, bu sözləri “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “ARB24” kanalının efirində yayımlanan “Gündəm” verilişində çıxışı zamanı deyib.
“Ermənistan konstitusiyasındakı ərazi iddiaları bizim üçün çox ciddi məsələdir, çünki Ermənistanın istənilən hakimiyyəti müəyyən zamandan sonra konstitusiyasına əsaslanaraq sülh müqaviləsinin üstündən xətt çəkə bilər”, – o deyib.
Fuad Hüseynəliyevin fikrinə görə Azərbaycan özünü gələcək 100 illərə sığortalamalıdır:
“Azərbaycanın özünü gələcək 100 illərə sığortalaması üçün isə Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası olmamalıdır”, – F. Hüseynəliyev bildirib.
Qeyd edək ki, Agentliyin direktoru Ermənistan höküməti ilə yalnız Ermənistan konstitusiyasındakı ərazi iddiaları ilə bağlı dəyişiklik etməyə öhdəlik götürərsə, Azərbaycanın sülh müqaviləsi imzalayacağını vurğulayıb.