Ermənistan KTMT üzvü olan dövlətlərin parlament komitə sədrlərinin fevralın 7-də Moskvada keçiriləcək iclasında iştirak etməyəcək. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Movses Arutyunyan məlumat verib.
“Ermənistan tərəfi KTMT-yə üzv ölkələrin parlament komitələri sədrlərinin görüşündə iştirak etməyəcək”, – deyə Arutyunyan jurnalistlərə bildirib. (Tass)