Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq imkanlarını nəzərdən keçirmir, həmçinin Rusiyanın 102-ci hərbi bazasının Gümrü şəhərindən çıxarılması məsələsini qaldırmağı planlaşdırmır. Bunu brifinqdə respublikanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
“Hazırda bizim gündəliyimizdə belə mövzular yoxdur”, – deyə o, jurnalistin müvafiq sualına toxunub.(Tass)