Ermənistanın müxalifət parlamentindəki “Mənim şərəfim var” fraksiyası baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinə başlamaq və Ermənistan Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə Masis şəhərinin meri David Hambardzumyanın namizədliyini irəli sürmək qərarına gəlib. Bu barədə fraksiyanın bəyanatında deyilir.
Respublikanın üçüncü prezidenti (2008-2018) Serj Sarkisyanla bağlı olan “Mənim şərəfim var” parlamentdə 6 mandata malikdir, lakin təşəbbüsün qanunverici orqanın gündəliyinə daxil edilməsi üçün 36 səs tələb olunur. Respublikanın ikinci prezidenti (1998-2008) Robert Köçəryanın müxalif “Ermənistan” fraksiyası artıq bəyan edib ki, 8 səs toplanacağı təqdirdə bu sənədə öz 28 imzasını qoymağa hazırdır. Ermənistan parlamentində Paşinyanın “Mülki müqavilə” fraksiyasından çıxan 2 deputat da var, lakin onlar artıq Sərkisyan və ya Köçəryana bağlı namizədə səs verməyəcəklərini bəyan ediblər.
Hətta təşəbbüs parlamentin gündəliyinə salınsa belə, baş nazirin dəyişdirilməsi üçün 54 səs lazım olacaq. (Tass)