“Vətən naminə Tavuş” erməni etiraz hərəkatının lideri arxiyepiskop Baqrat bildirib ki, müxalifət hazırkı hökumət başçısının istefasına və ya impiçmentinə nail ola bilsə, Ermənistanın baş nazirliyinə namizəd ola biləcəyini istisna etmir.
“Xalq bunu istəsə, Allahın iradəsi yerinə yetər və mən erməni patriarxının xeyir-duasını alaram, o zaman mən kiməm ki, yenə deyirəm, mən bunu istəmirəm, mən ruhani liderəm, bu missiya baş nazir vəzifəsindən bir neçə dəfə yüksəkdir”, – o, İrəvanın mərkəzində yürüş zamanı jurnalistlərin suallarını cavablandırıb.
Arxiyepiskop Baqrat Ermənistan və Kanada vətəndaşıdır və ölkə konstitusiyasına görə, yalnız Ermənistan vətəndaşlığı olan şəxs baş nazir ola bilər. Bu faktı şərh edən keşiş qeyd edib ki, “xalq konstitusiyanı dəyişə bilər”.