“Ayakve” təşəbbüs qrupu Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin parlament iclasının gündəliyinə salınmasını tələb edən respublika vətəndaşlarının 58 mindən çox imzasını Ermənistan parlamentinə təqdim edib. Sənədin parlamentarilərə təhvil verilməsi tədbiri yerli xəbər portalları tərəfindən real vaxt rejimində yayımlanıb.
“Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının cinayət məsuliyyətinə cəlb edilməsi, habelə [Osmanlı İmperiyasında] erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasının rədd edilməsi məsələsinin parlamentin gündəliyinə salınması tələbi ilə 58 min imza toplanıb”. Bu barədə təşəbbüsün rəhbəri, ictimai xadim Avetik Çalabyan bildirib.
İmzalar parlamentə təqdim edilməzdən əvvəl Mərkəzi Seçki Komissiyasına göndərilib və orada onların həqiqiliyi təsdiqlənib. Bu prosedurdan sonra məsələ qanunla parlamentin gündəliyinə daxil ediləcək. Əgər bu qanun layihəsi parlamentarilərin əksəriyyəti tərəfindən rədd edilərsə, o zaman konstitusiyaya görə, təşəbbüs qrupu referendum keçirmək üçün 300 min imza toplaya bilər. Ermənistanın baş naziri Nikol Paşinyanın “Mülki müqavilə” partiyası artıq bu qanun layihəsini qəbul etməyəcəyini bəyan edib.
Paşinyan, eləcə də digər erməni nümayəndələri dəfələrlə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqlarını bəyan ediblər. (Tass)