Parlamentin Dövlət və Hüquq Məsələləri Daimi Komissiyası öz iclasında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini qəbul edərək parlamentə göndərib.
Komissiyanın iclası yerli portallar tərəfindən real vaxt rejimində yayımlanıb.
“İştirak edənlərin hamısı bu qanun layihəsinin qəbul edilməsinə və parlamentin iclaslarının gündəliyinə daxil edilməsinə səs verdi”, – deyə komissiyanın sədr müavini Arusyak Culakyan qeyd edib. Komissiyanın iclasında müxalifət iştirak etməyib. (Tass)