Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın təklifi ilə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı vəzifəsindən azad edib. Bu barədə prezident aparatının mətbuat xidmətinin məlumatında deyilir.
“Baş nazirin təklifi əsasında Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyan tutduğu vəzifədən azad edilsin”, – Xaçaturyanın sərəncamında deyilir. (Tass)