İrəvan həm kollektiv Qərblə, həm də ayrı-ayrı Avropa ölkələri ilə təhlükəsizlik məsələlərində əməkdaşlığı gücləndirməyə ümid edir. Bunu Brüsseldə “Ermənistanın strateji gələcəyi” forumunda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Son vaxtlar Ermənistan Aİ və Aİ ölkələri ilə intensiv dialoq aparır. Yeni imkanlar açılıb, bu imkanlar müxtəlif cür olur. Bizim heç vaxt Qərb və Avropa ilə təhlükəsizlik mövzusunda belə intensiv dialoq olmayıb. Biz kollektiv Qərb və ayrı-ayrı ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə ümid edirik.Mən təkcə hərbi komponent deyil, hətta iqtisadi əməkdaşlığın təhlükəsizlik komponentini nəzərdə tuturam.Ermənistan buna hazırdır.Biz irəliləyiş üçün iradə nümayiş etdirmişik. Əməkdaşlıq şərtləri”, – deyə o qeyd edib. (Tass)