20 mindən çox məcburi köçkün Dağlıq Qarabağdan Ermənistana köçüb. Bu barədə Ermənistan hökumətinin mətbuat katibi Nazeli Baqdasaryan brifinqdə bildirib.
“Hazırda Dağlıq Qarabağdan Ermənistana 20 270 qaçqın köçüb. 1298 nəfər Sünik rayonunda, 532 nəfər Vayots Dzorda, 752 nəfər Qeqarkunikdə, 268 nəfər isə Tavuş vilayətlərindədir”. (Tass)