Avqust 22, 2025-1:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ermənistan silahlı qüvvələrinin Xocalıda girov götürdüyü şəxs: Bıçağı uşaqlarımın boğazına dirəməklə mənə iztirab verirdilər

2025:08:11 - 14:49
in SİYASƏT
A A

Bakı Hərbi Məhkəməsində avqustun 11-də məhkəmə prosesində zərərçəkmiş şəxs Aybəniz Orucova ifadə verərək, 1992-ci ildə Xocalı soyqırımından iki gün sonra əkiz oğlanları da daxil olmaqla bütün ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.

“Report” xəbər verir ki, Aybəniz Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra girov götürüldüklərini söyləyib. Qardaşı da daxil olmaqla doğmaları qətlə yetirilib.

Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş şəxs 7 gün Xankəndidə saxlanıldığını deyib. Martın 20-də özü, əkiz oğlanları isə martın 30-da girovluqdan azad edilib. “Girovluqda çox işgəncələr görmüşəm. Bıçağı götürüb əkiz uşaqlarımın boğazına dirəyib hədələdilər ki, başlarını kəsirik. Mənə bu cür iztirab verirdilər”, – deyə zərərçəkmiş şəxs bildirib.

Zərərçəkmiş şəxs Hafizə Səfərova ifadəsində 1991-ci il dekabrın 7-də yaşadığı Füzuli rayonunun Divanalılar kəndinə hücum zamanı özünün və doğmalarının girov götürüldüyünü söyləyib. O deyib ki, girovluq zamanı soyuq yerdə saxlanılıb, özü və digər girovlar pis rəftara məruz qalıb. Girovluqda saxlanılan zaman atası Kərim Səfərov işgəncələr verilməklə qətlə yetirilib. Yeddi gün sonra benzin və dizel yanacağı müqabilində girovluqdan azad olunub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Əvvəlki Yazı

Gürcüstanın baş naziri Trampın respublikaya qarşı siyasətinə yenidən baxacağına inanır

Növbəti Yazı

Sabah yağış yağacaq – PROQNOZ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.