Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehrana gəlib və burada İran rəsmiləri ilə Cənubi Qafqazda baş verənləri müzakirə etmə niyyətindədir. Bu barədə Fars agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, Qriqoryan İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanla görüş keçirməyi planlaşdırır. Gözlənilir ki, danışıqlar zamanı Ermənistan və İran arasında münasibətlərin vəziyyəti, eləcə də Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq. Bundan əlavə, Ermənistan Təhlükəsizlik Şurasının katibi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla görüşmək niyyətindədir. (Tass)