Ermənistan və Azərbaycan Tavuş rayonu yaxınlığındakı sərhəddə delimitasiya işlərinin 35%-ni başa çatdırıb, tərəflər 28 sərhəd sütunu quraşdırıblar. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Geodeziya ölçmələrinə əsasən, 2024-cü il aprelin 26-na Ermənistan Respublikası və Azərbaycan Respublikası sərhədində 28 sərhəd sütunu quraşdırılıb ki, bu da iki ölkənin ekspert qruplarının işinin təxminən 35%-ni təşkil edir davam edir”, – bəyanatda qeyd olunur. (Tass)