Ermənistan və Türkiyənin xarici işlər nazirləri Ararat Mirzoyan və Hakan Fidan münasibətlərin tam normallaşmasına nail olmağa hazır olduqlarını təsdiqləyiblər. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş Antalyada diplomatik forum çərçivəsində baş tutub.
“Martın 1-də Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Görüşdə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edilib və münasibətlərin tam normallaşmasına nail olmağa hazır olduqları təsdiqlənib.Bu istiqamətdə mümkün konkret addımlar barədə fikir mübadiləsi aparılıb”, – deyə məlumatda bildirilir.
Tərəflər dünya və regiondakı vəziyyəti də müzakirə ediblər.