Ermənistan xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanla telefonla bölgədəki vəziyyəti və gündəmdəki məsələləri müzakirə edib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Tərəflər regional hadisələri və gündəm məsələlərini müzakirə ediblər”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə danışıqların aparılması faktı ilə bağlı məlumat verib.