Ermənistan və Yunanıstanın müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“İki ölkənin müdafiə nazirləri Suren Papikyan və Nikos Dendiasın görüşündə Ermənistan-Yunanıstan müdafiə əməkdaşlığı məsələləri müzakirə edilib. Qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qarşılıqlı qeyd edilib, onun yenilənmiş formada inkişaf etdirilməsi barədə razılıq əldə olunub. O, cümlədən hərbi-texniki istiqamət, təcrübə mübadiləsi, təhsil, təlim-tədris, taktiki hazırlıq və digər sahələrdə”, – deyə məlumatda bildirilir.
Müqavilənin imzalanması barədə Yunanıstan naziri Nikos Dendias da X sosial şəbəkəsindəki bloqunda yazıb. Onun sözlərinə görə, bu sahədə İrəvanla qarşılıqlı fəaliyyət Yunanıstan hökuməti üçün prioritetdir. (Sputnik Armenia)