Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Azərbaycanla sülh sazişinin əldə edilməsinə dair danışıqların şənbə günü davam etdirilməsinin mümkünlüyünü şərh etməkdən çəkinib.
Badalyan TASS müxbirinin Almatıda İrəvanla Bakı arasında sülh sazişi üzrə danışıqların şənbə günü davam edib-etməyəcəyi ilə bağlı sualını cavablandırarkən deyib: “Şərh yoxdur”. Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar cəmi bir günə planlaşdırılıb.