Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını İrəvanla Bakı arasındakı danışıqlar prosesi ilə əlaqələndirir. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.
“Həm biz, həm də Türkiyə tərəfi diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazır olduğumuzu bildiririk”.
Türkiyə ilə Ermənistan arasında ortaq sərhəd olmasına baxmayaraq, diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və qarşılıqlı münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, tərəflər tərəfindən ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də İrəvan protokolların ləğv olunduğunu elan edib. 2021-ci ildə Türkiyə və Ermənistan nizamlanma məsələləri üzrə xüsusi nümayəndələr təyin ediblər. (Tass)