Azərbaycan öz hərəkətləri ilə regionda sülhün bərqərar edilməsi səylərini pozur, Ermənistan Xarici İşlər Nazirliyi sərhəddə 4 erməni əsgərinin ölümü ilə nəticələnən silahlı insidentlə bağlı açıqlamasında bildirib.
“Gücdən istifadə etmək məqsədilə bu hərəkətlərdən əvvəl Azərbaycanın hərbi-siyasi rəhbərliyinin döyüşkən bəyanatları, eləcə də son günlər informasiya-təbliğat hazırlıqları aparılıb.Azərbaycan rəhbərliyi daim sabitlik və təhlükəsizlikdə maraqlı olan tərəflərin səylərini puça çıxarmağa çalışır. Cənubi Qafqaz ölkələri Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş danışıqları bərpa edəcək”, – bəyanatda deyilir. (Tass)