Azərbaycan sərhəddə təxribatlar törətməklə sülh prosesini ləngitməyə və onu dalana dirəməyə çalışır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin departamentin saytında yerləşdirilmiş bəyanatında deyilir.
“Dekabrın 4-də Ermənistanla Azərbaycan dövlət sərhədinin Vayots Dzor bölgəsində Ermənistan Silahlı Qüvvələrinin əsgəri Gerasim Arakelyan snayper gülləsindən ölümcül yaralanıb.Sərhəddə bu cür təxribatlar törətməklə, o cümlədən Müxtəlif beynəlxalq aktorların danışıqların davam etdirilməsi ilə bağlı təkliflərini daim rədd edən Azərbaycan tərəfi sülh prosesini ləngitməyə və onu çıxılmaz vəziyyətə salmağa çalışır”.
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinin yeni eskalasiyaya səbəb olan, sülh prosesini ləngidən və onu dalana aparan hərəkətlərini qətiyyətlə pisləyir, departamentin bəyanatında deyilir. (Tass)