Ermənistan Xarici İşlər Nazirliyi Rusiya səfiri Sergey Kopırkini Rusiya televiziyasında verdiyi açıqlamalarla əlaqədar çağırıb. Bu barədə respublikanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Yanvarın 12-də xəbər proqramlarından birində səsləndirilən bəyanatları “Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş” kimi qiymətləndirib.
“Görüş zamanı səfirə müvafiq etiraz notası verilib”, – XİN-in açıqlamasında bildirilir. (Tass)