Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş baş katibi Vaaqn Melikyan bildirib ki, Ermənistanın Tavuş bölgəsindəki suveren ərazisi üzrə delimitasiya prosesi qanunsuz və təzyiq altında baş verən kimi səciyyələndirilməlidir.
“Tavuş vilayətində Ermənistanın suveren ərazisinin delimitasiyası prosesi qanunsuz, təzyiq altında baş verən və kapitulyasiyanın davamı kimi səciyyələndirilməlidir. Onların diktəsi ilə Azərbaycan tərəfi əraziləri alır” Ermənistanın birtərəfli güzəştlərə getməsi, sülh müqaviləsi imzalamadan delimitasiyaya başlamaq diplomatik təcrübədə olmayan bir haldır” xəbər yerli portalları tərəfindən yayımlanıb.
Diplomatın sözlərinə görə, indiki hakimiyyətin dövründə Ermənistan subyektivliyini itirib və çətin vəziyyətə düşüb. Melikyan hesab edir ki, hakimiyyət öz xalqını müharibə ilə hədələyir və Azərbaycanın diktə etdiyi gündəmi təmin edir. (Tass)